image

“Güney arx”ın lildən təmizlənməsi işləri həyata keçirilir

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şahbuz rayon şöbəsi tərəfindən rayonun Mahmudoba kəndində ümumi uzunluğu 3,5 km olan “Güney arx”ın lildən təmizlənməsi işləri həyata keçirilir. Görülən tədbirlər çərçivəsində arxın 0,13 kilometrlik hissəsi lil və müxtəlif çöküntülərdən təmizlənib. Təmizləmə işlərinin həyata keçirilməsi suyun sərbəst axınının təmin olunmasına, su itkilərinin qarşısının alınmasına və əkin sahələrinin daha səmərəli suvarılmasına şərait yaradır.