Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şərur rayon şöbəsi tərəfindən rayon ərazisində yerləşən “Həmzəli-1” və “Həmzəli-2” nasos stansiyalarının təzyiqli boru xətlərində təmir-bərpa işləri görülür. İşlərin məqsədi kənd təsərrüfatı sahələrinin su təminatının yaxşılaşdırılması və mövcud avadanlıqların etibarlı istismarının təmin edilməsidir.