Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə II karyera sərgisi keçirilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi sərgidə təmsil olunub. İdarəyə məxsus stenddə müxtəlif məlumatlandırıcı broşürlər, kitabçalar və vakansiyalar sərgi iştirakçılarına təqdim edilib. Müraciət edən vətəndaşların suallarına ətraflı cavab verilib, iş üçün müraciətləri qeydə alınıb.