22-23 may tarixində Şərur rayonunda Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib. Təlimdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şərur rayon şöbəsi də iştirak edib. Şərur Su Meliorasiya Sistemlərinin İstismarı Şöbəsinin əməkdaşları təlimdə fərqləndiyinə görə fəxri fərmanla təltif ediliblər.