Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarəsi olan Babək Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən rayonun Qaraqala, Məmmədrza Dizə və Kalbaoruc kəndlərinin içməli su təminatını yaxşılaşdırmaq üçün Kalbaoruc kəndində yeni qazıntı işləri başa çatmış quyudan kəndin iki istiqamətində quraşdırılacaq paylayıcılar üçün xəttin çəkilişi işlərinə başlanılıb. Hal-hazırda idarə əməkdaşları tərəfindən selovun kənarından başlayaraq xəttin selovdan keçən hissəsinə 50 metr uzunluğunda giliz salınıb. Ümumilikdə, 1200 metr uzunluğunda qazıntı işləri aparılıb, 1200 metr boru qaynaq edilərək xəttə salınıb və üzəri torpaqla örtülüb. Hazırda qazıntı və qaynaq işləri davam etdirilir.