image

Kənd kəhrizində təmizləmə işləri davam etdirilir

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Şahbuz rayonunun Nursu kəndində yerləşən kənd kəhrizində təmizləmə işləri davam etdirilir. Hazırda kəhrizin kürəsi lil və torpaq töküntüləri ilə tam dolu olduğundan irəliləyiş çətinliklə aparılır. Kəhriz kürəsinin eni təxminən 1 metr, hündürlüyü isə 2.5 metrə yaxındır.

Aparılan təmizləmə işləri nəticəsində kəhrizin suötürücülük qabiliyyətinin bərpa olunması və kənd sakinlərinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulub.