Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Kəngərli rayon şöbəsinin inzibati binası ətrafındakı yaşıllıq ərazidə iməcilik keçirilib. Şöbə əməkdaşları ərazini alaq otlarından təmizləyib, gül kollarına aqrotexniki qulluq ediblər.