Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun qəsəbə və kəndlərində mövcud su ehtiyatlarından səmərəli istifadə və suya qənaət mövzusunda maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə yerli sakinlər, fermerlər və təsərrüfat sahibləri iştirak ediblər.
Tədbirdə çıxış edən Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Kəngərli rayon şöbəsinin müdiri Hafiz Mehdiyev iqlim dəyişikliyinin su ehtiyatlarına təsiri, əkin sahələrində suvarmada müasir metodlardan istifadə və su itkilərinin qarşısının alınması ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, əhalinin su ilə dayanıqlı təminatı üçün mövcud resurslardan səmərəli və məqsədyönlü istifadə vacibdir.