Sentyabrın 4-də Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Malik Rzayev tərəfindən saat 10:00-dan 13:00-dək Kəngərli Rayon İcra Hakimiyyətində rayon sakinlərinin qəbulu keçiriləcək.
Qəbula gələn vətəndaşların qeydiyyatı 3 sentyabr 2024-cü il tarixində saat 10:00-dan 13:00-dək Kəngərli Rayon İcra Hakimiyyətində aparılacaq. Qəbulda və qeydiyyatda iştirak edən vətəndaşların şəxsiyyət vəsiqələri ilə gəlmələri xahiş olunur.