image

Kırna kəndində içməli su təminatının yaxşılaşdırılması istiqamətində mühüm iş görülüb

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Culfa rayon şöbəsi tərəfindən Kırna kəndində içməli su təminatının yaxşılaşdırılması istiqamətində mühüm iş görülüb. Belə ki, kənddə 54 evi içməli su ilə təmin edən kaptajda əsaslı təmir işləri aparılıb. Görülən işlər çərçivəsində kaptajın diametri 300 millimetr, uzunluğu 210 metr olan hissəsi sökülərək təmizlənmiş, daha sonra yenidən düzülmüş, üzərinə daş döşənmiş, çınqıl verilərək tam şəkildə örtülmüşdür.