image

Kollektor və kanallar lildən təmizlənib

Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarəsi olan Şərur Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən kollektor və arxların lildən təmizləmə işləri görülür. Belə ki, görülən təmizləmə işləri nəticəsində Dəmirçi kəndində 2,7 km kollektor, Axura kəndində 2,8 km, Çərçiboğan kəndində 1,5 km, Daşarx kəndində  2,3 km kanal lildən və çöküntülərdən təmizlənib.