Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şərur rayon şöbəsi tərəfindən rayonun Muğancıq Mehrab, Muğancıq Müslüm, Sərxanlı, Çəmənli və Məmməd Sabir kəndləri ərazisindən keçən "Löhmə" arxında lil və digər çöküntülərdən təmizləmə işləri həyata keçirilir. Görülən işlər çərçivəsində arxın 3957 metr uzunluğunda hissəsində təmizləmə işləri icra olunmuşdur.