image

"Löhmə" arxında lil və digər çöküntülərdən təmizləmə işləri həyata keçirilir

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şərur rayon şöbəsi tərəfindən rayonun Muğancıq Mehrab, Muğancıq Müslüm, Çəmənli, Məmmədsabir və Sərxanlı kəndləri ərazisindən keçən "Löhmə" arxında lil və digər çöküntülərdən təmizləmə işləri həyata keçirilir. Görülən işlər çərçivəsində ümumi uzunluğu 27 kilometr olan arxın 8,26 kilometrində lildən  təmizləmə işləri yekunlaşıb. Hal-hazırda işlər davam etdirilir.