image

"Löhmə" arxının Sərxanlı və Muğancıq Mehrab, həmçinin Çəmənli kəndlərini əhatə edən hissəsində lildən təmizləmə işləri aparılıb

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şərur rayon şöbəsi tərəfindən "Löhmə" arxının Sərxanlı və Muğancıq Mehrab, həmçinin Çəmənli kəndlərini əhatə edən hissəsində lildən təmizləmə işləri aparılıb. Görülən işlər çərçivəsində ümumilikdə 2407 metr məsafə lildən təmizlənib.