image

Malik Rzayev Babək rayonunda vətəndaşları qəbul edib

    Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Malik Rzayev iyul ayının 31-də Babək Rayon İcra Hakimiyyətində rayon sakinlərini qəbul edib. 
    Əvvəlcə rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin əzəmətlə ucaldılan abidəsi ziyarət edilib və abidə önünə gül dəstələri düzülüb.
    Sağlamlıq imkanı məhdud şəxslərin, şəhid ailəsi və qazilərin də iştirak etiyi qəbulda suvarma və içməli su təminatının yaxşılaşdırılması ilə bağlı 50 nəfər vətəndaşın müraciətləri dinlənilib, ərizələri qəbul edilərək həlli üçün Agentliyin aidiyyəti şöbələrinə tapşırıqlar verilib.