Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Malik Rzayev noyabr ayının 25-də Culfa rayonunun Bənəniyar kəndində sakinləri qəbul edib.
Sağlamlıq imkanları məhdud şəxslərin də iştirak etdiyi qəbulda suvarma və içməli su təminatının yaxşılaşdırılması, eləcə də iş təminatı ilə əlaqədar olaraq 13 nəfər vətəndaşın müraciəti dinlənilib, ərizələri qəbul edilərək həlli üçün Agentliyin aidiyyəti şöbələrinə tapşırıqlar verilib.