image

Malik Rzayev Culfa rayonunda vətəndaşları qəbul edib

    Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Malik Rzayev sentyabr ayının 17-də Culfa Rayon İcra Hakimiyyətində rayon sakinlərini qəbul edib. 
    Əvvəlcə rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin əzəmətlə ucaldılan abidəsi ziyarət edilib və abidə önünə gül dəstələri düzülüb.
Keçirilən qəbul zamanı suvarma və içməli su təminatının yaxşılaşdırılması ilə bağlı 24 nəfər vətəndaşın müraciəti dinlənilib, ərizələri qəbul edilərək həlli üçün Agentliyin aidiyyəti şöbələrinə tapşırıqlar verilib.