image

Malik Rzayev Kəngərli rayonunda vətəndaşları qəbul edib

Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Malik Rzayev sentyabr ayının 4-də Kəngərli Rayon İcra Hakimiyyətində rayon sakinlərini qəbul edib. 
Əvvəlcə rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin əzəmətlə ucaldılan abidəsi ziyarət edilib və abidə önünə gül dəstələri düzülüb.
Qazi valideyninin də iştirak etdiyi qəbulda suvarma və içməli su təminatının yaxşılaşdırılması, iş müraciəti ilə bağlı 24 nəfər vətəndaşın müraciəti dinlənilib, ərizələri qəbul edilərək həlli üçün Agentliyin aidiyyəti şöbələrinə tapşırıqlar verilib.