Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Malik Rzayev noyabr ayının 22-də Babək rayonunun Nehrəm qəsəbəsində qəsəbə sakinlərini qəbul edib.
Qəbuldan əvvəl Nehrəm qəsəbəsində Şəhidlər Xiyabanı ziyarət edilib. Torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
Şəhid ailələrinin də iştirak etdiyi qəbulda suvarma və içməli su təminatının yaxşılaşdırılması ilə əlaqədar olaraq 18 nəfər vətəndaşın müraciəti dinlənilib, ərizələri qəbul edilərək həlli üçün Agentliyin aidiyyəti şöbələrinə tapşırıqlar verilib.