Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Malik Rzayev avqust ayının 27-də Ordubad Rayon İcra Hakimiyyətində rayon sakinlərini qəbul edib.
Əvvəlcə rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin əzəmətlə ucaldılan abidəsi ziyarət edilib və abidə önünə gül dəstələri düzülüb.
Keçirilən qəbul zamanı suvarma və içməli su təminatının yaxşılaşdırılması ilə bağlı 16 nəfər vətəndaşın müraciətləri dinlənilib, ərizələri qəbul edilərək həlli üçün Agentliyin aidiyyəti şöbələrinə tapşırıqlar verilib.
Vətəndaş qəbulu muxtar respublikanın bütün rayonlarında keçiriləcək.