image

Malik Rzayev Ordubad Su Meliorasiya Sistemlərinin İstismarı şöbəsində əməkdaşlarla görüşərək iclas keçirib və müəssisənin iş şəraiti ilə tanış olub

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev Ordubad Su Meliorasiya Sistemlərinin İstismarı şöbəsində əməkdaşlarla görüşərək iclas keçirib və müəssisənin iş şəraiti ilə tanış olub. İclasda qarşıdakı suvarma mövsümündə görüləcək işlər, meliorasiya sistemlərinin düzgün istismarı, nasos stansiyalarının vəziyyəti, eləcə də əkin sahələrinin su təminatının yaxşılaşdırılması məsələləri müzakirə olunub. Malik Rzayev çıxış edərək bildirib ki, Ordubad rayonunda su təsərrüfatının səmərəli təşkili kənd təsərrüfatının inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Görüş zamanı şöbənin fəaliyyəti və mövcud iş şəraiti nəzərdən keçirilib, əməkdaşların təklifləri dinlənilib və qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı tapşırıqlar verilib.