Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev və rəhbərlik etdiyi nümayəndə heyəti Şahbuz rayonunda olublar. İdarə rəisi Daylaqlı kəndində nasos stansiyasına baxış keçirib, iş prosesi ilə tanış olub. Kiçikoba kənd sakinləri ilə də görüşən idarə rəisi vətəndaşların suvarma su təminatının yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələrini verib.