image

Malik Rzayev Vənənd kəndində vətəndaşları qəbul edib

    Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Malik Rzayev noyabr ayının 27-də Ordubad rayonunun Vənənd kəndində sakinləri qəbul edib. 
    Qəbulda suvarma və içməli su təminatının yaxşılaşdırılması ilə əlaqədar olaraq 7 nəfər vətəndaşın müraciəti dinlənilib, ərizələri qəbul edilərək həlli üçün Agentliyin aidiyyəti şöbələrinə tapşırıqlar verilib.