Mediatur çərçivəsində jurnalistlər Şahbuz Şəhər Təmizləyici Qurğular Kompleksinə və Şahbuz Çirkab Su Təmizləyici Qurğular Kompleksinə baxış keçiriblər. Media nümayəndələri komplekslərin ümumi infrastrukturu, texnoloji avadanlıqları və fəaliyyət prinsipi ilə yaxından tanış olublar. Mütəxəssislər tərəfindən jurnalistlərə komplekslərin gündəlik iş rejimi, çirkab suların mərhələli şəkildə təmizlənməsi prosesi, ekoloji tələblərə uyğun aparılan nəzarət mexanizmləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu qurğular müasir standartlara uyğun şəkildə qurulub, bölgədə ekoloji tarazlığın qorunması, əhalinin dayanıqlı və təmiz içməli su ilə təminatı baxımından mühüm əhəmiyyət daşıyır.