Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının komandaları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda futzal turniri keçirilir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futbol Federasiyası (NFF) tərəfindən birgə təşkil olunan ənənəvi yarışda 20 komanda iştirak edir.
Yarışın novbəti mərhələsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin komandaları qarşılaşıb. Gərgin və maraqlı keçən oyun Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin 5:1 hesablı qalibiyyəti ilə başa çatıb.
Oyunda komandamıza göstərdiyi dəstəyə görə Su Ehtiyatları Agentliyi İşçilərinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə təşəkkür edirik.