Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Babək rayon şöbəsi tərəfindən Nehrəm qəsəbəsinin əkin sahələrinə suyun fasiləsiz verilməsini təmin etmək məqsədilə nasos stansiyalarının təzyiqli boru xətlərindən su aparan ana arxlarda, daxili torpaq arxlarda, həmçinin qurunt sularının səviyyəsini aşağı salmaq və məhsuldarlığı artırmaq məqsədilə kollektorlarda təmizləmə işləri aparılır. Görülən tədbirlər çərçivəsində arxlarda yığılan lil və ot qatı təmizlənir. Su təminatının yaxşılaşdırılması istiqamətində görülən tədbilər davam etdirilir.