Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şərur rayon şöbəsi tərəfindən rayonun İbadulla, Maxta və Zeyvə kəndlərində suvarma arxlarında, Qışlaq Abbas kəndinin ara arxlarında, eləcə də İbadulla və Ərəbyengicə kollektorlarında lildən təmizləmə işləri həyata keçirilib. Görülən tədbirlər nəticəsində suyun ötürmə qabiliyyəti bərpa olunub, əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün şərait yaradılıb.