image

Mərəlik kəndinin içməli su xəttində təmir-bərpa işləri yekunlaşıb

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən ötən ay Şahbuz rayonu ərazisində baş vermiş selin vurduğu ziyanın tam aradan qaldırılması istiqamətində təmir-bərpa işləri davam etdirilir.
Görülən işlər çərçivəsində Şahbuz rayonunun Mərəlik kəndinin içməli su xəttinə dəymiş ciddi ziyan aradan qaldırılıb. Belə ki, güclü sel nəticəsində boru xətti bir çox yerdən qırılmış, həmçinin xəttin istiqaməti dəyişmişdi. 
Baş vermiş qəzanın aradan qaldırılması məqsədilə dərhal təmir-bərpa işlərinə başlanılıb. Həyata keçirilən tədbirlər nəticəsində zədələnmiş hissələr bərpa olunub, boru xəttinin normal fəaliyyəti təmin edilib və kəndin içməli su təchizatı tam bərpa edilib.
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən selin fəsadlarının aradan qaldırılması istiqamətində digər ərazilərdə də təmir-bərpa işləri ardıcıl şəkildə davam etdirilir.