image

Muxtar respublikanın kəndlərində yeni içməli və suvarma su xətləri çəkilir

2024-cü ilin yanvar-avqust ayları ərzində Babək rayonunda içməli su təminatını yaxşılaşdırmaq məqsədilə Qahab kənd kaptajından Naxışnərgiz kəndində yerləşən subartezian quyusunun supaylayıcı qurğusuna 750 m uzunluğunda yeni sugətirici boru, Çeşməbasar kəndində 3288 m ana boru, 3000 m paylayıcı boru, Güznüt kəndində      2650 m paylayıcı boru, Qaraqala kəndi üçün yeni qazılmış subartezian quyusundan  1450 m uzunluğunda suaparıcı boru xətti çəkilmişdir. Eyni zamanda, 2,87 km mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılmışdır.

Babək rayonunda suvarma su təminatının yaxşılaşdırılması məqsədilə suvarma boru xətlərinin 5,69 km hissəsində, təzyiqli boru xətlərin isə 2,95 km hissəsində təmir işləri aparılmışdır.

Culfa rayonunun Bənəniyar və Əbrəqunus kənlərində içməli və suvarma su təminatını yaxşılaşdırmaq məqsədilə tərəfimizdən tərtib olunmuş layihə-smeta sənədlərinə əsasən diametri 355 mm olan polietilen borularla 4 km uzunluğunda Bənəniyar kəndinin suvarma su xətti, diametri 355 mm olan polietilen borularla 1,85 km uzunluğunda Əbrəqunus kəndinin suvarma su xətti, diametri 90 mm olan polietilen borularla 3,5 km uzunluğunda Bənəniyar kəndinin içməli su xətti, diametri 90 mm olan polietilen borularla 1,8 km uzunluğunda Əbrəqunus kəndinin içməli su xəttinin tikintisi nəzərdə tutulmuşdur.

Belə ki, suvarma su təminatının yaxşılaşdırılması məqsədilə Bənəniyar kəndində diametri 355 mm olan plastik borularla 3,41 km, Əbrəqunus kəndində diametri 355 mm olan plastik borularla 0,35 km, diametri 250 mm olan plastik borularla 1,5 km uzunluğunda suvarma boru xətti inşa olunub istifadəyə verilmişdir.

İçməli su təminatının yaxşılaşdırılması məqsədilə isə Bənəniyar kəndində diametri 90 mm olan plastik borularla 1,2 km uzunluğunda boru xətti çəkilmişdir. Ümumi 46 çıxışlı     3 ədəd subölüşdürücü quraşdırılaraq, 19 evi içməli su ilə təmin edəcək boru xəttləri çəkilmişdir.

Əbrəqunus kəndində isə diametri 90 mm olan istismar müddətini başa vurmuş metal boruların 600 m hissəsi yeni polietilen borularla əvəz edilmişdir.

Bundan əlavə, tərəfimizdən Bənəniyar kəndində 39 evi su ilə təmin edəcək 1ədəd subartezian quyusunun qazıntı işləri davam etdirilir. Əbrəqunus kəndində isə  90 evi su ilə təmin edəcək 2 ədəd yeni subartezian quyusunun inşa olunması nəzərdə tutulmuşdur ki, artıq onlardan birinin qazılmasına başlanılmışdır.