image

Nasos stansiyalarının təzyiqli boru xətlərində cari təmir-bərpa işləri aparılıb

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Babək şöbəsi tərəfindən payız suvarma mövsümünün mütəşəkkil keçirilməsi məqsədilə “Qaraçuq-1”, “Qaraçuq-2”, “Nehrəm”, “Sərhəd dəstəsi” və digər nasos stansiyalarının təzyiqli boru xətlərində cari təmir-bərpa işləri aparılıb.

Görülən işlər çərçivəsində boru xətlərinin zədələnmiş hissələri bərpa olunub, avadanlıqların etibarlı və dayanıqlı işləməsi təmin edilib. Tədbirlər nəticəsində payız mövsümündə suvarma işlərinin vaxtında və keyfiyyətlə aparılması üçün zəruri şərait yaradılıb.