Naxçıvan Dövlət Universitetinin “Meliorasiya mühəndisliyi” ixtisasının 4-cü kurs tələbələrinin istehsalat təcrübəsi yekunlaşıb.
Naxçıvan Dövlət Universitetinin “Meliorasiya mühəndisliyi” ixtisasının 4-cü kurs tələbələrinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində fevral ayının 16-dan başlayan istehsalat təcrübəsi may ayının 23-də uğurla yekunlaşıb.
Təcrübə məşğələsinin yekununda İdarənin rəisi Malik Rzayev, rəis müavini İbrahim Məmmədov və ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Regional Bölmənin rəisi, Naxçıvan Dövlət Universitetinin müəllimi Səttar Nəsirov tələbələrlə görüş keçiriblər. Görüş zamanı tələbələrin istehsalat təcrübəsi boyu qazandıqları bilik və bacarıqlar müzakirə edilib, gənc mühəndislərin təklifləri dinlənilib. Meliorasiya sahəsinin çətinliklərindən və məsuliyyətindən danışan Malik Rzayev tələbələrə uğurlar arzulayıb, gələcəkdə onlarla birgə muxtar respublikanın su təsərrüfatının inkişafında birgə çalışmaqdan böyük məmnunluq hissi keçirdiyini bildirib.
Gənc mühəndislərə gələcək işlərində uğurlar arzulayırıq.