Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Malik Rzayev bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın “2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi, suvarma mövsümünün uğurla başa çatdırılması, içməli və suvarma suyundan qənaətli və səmərəli istifadə edilməsi, muxtar respublikanın su təminatının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Görülən işlərin nəticəsidir ki, cari ilin avqust ayının sonunda sututarlarda 209,96 milyon kubmetr su ehtiyatı mövcud olmuşdur. Su istifadəçilərinə yanvar-avqust ayları ərzində 188,49 milyon kubmetr su verilmiş, bunun müqabilində 152 229 hektar torpaq sahəsi suvarılmışdır.
İclas zamanı Agentliyin tabe idarələrinin iş fəaliyyətinin, gələcək prioritetlərin müəyyən edilməsi müzakirə edilib, təkliflər dinlənilib və tapşırıqlar verilib.