image

Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi şəhid kapitan Şahmar Quliyevin şərəfli ömür və döyüş yolundan bəhs olunan “Şahmarın eşq əsəri” kitabının təqdimat mərasimində iştirak ediblər

Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Manya Səxavətqızının şəhid kapitan Şahmar Quliyevin şərəfli ömür və döyüş yolundan bəhs etdiyi “Şahmarın eşq əsəri” kitabının təqdimat mərasimində iştirak ediblər.
Təbdirdə əvvəlcə Vətən müharibəsi qəhrəmanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Malikqızı, şəhid valideynləri, şəhid kapitan Şahmar Quliyevin döyüş yoldaşları çıxış ediblər.