COP29 və "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar olaraq Naxçıvanda veloyürüş keçirilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə reallaşan kütləvi-mədəni idman aksiyasında yaşı 14-dən yuxarı olan 250-dən çox insan öz velosipedi ilə iştirak edib. Tədbirə iştirakçı və ya tamaşaçı qismində xeyli sayda şəhər sakini, dövlət və özəl təşkilat rəsmiləri, müxtəlif qurumların əməkdaşları da qatılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Malik Rzayev və Agentliyin əməkdaşları veloyürüşdə aktiv iştirak ediblər.