image

Babək rayonunda vətəndaş qəbulu keçiriləcək

31 iyul 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Malik Rzayev tərəfindən saat 10:00-dan 13:00-dək Babək Rayon İcra Hakimiyyətində Babək rayon sakinlərinin qəbulu keçiriləcək.
Qəbula gələn vətəndaşların qeydiyyatı 30 iyul 2024-cü il tarixində saat 09:00-dan 16:00-dək Babək Rayon İcra Hakimiyyətində aparılacaq. Qəbulda və qeydiyyatda iştirak edən vətəndaşların şəxsiyyət vəsiqələri ilə gəlmələri xahiş olunur.