İnfrastruktur quruculuğunun əsas sahələrindən olan meliorasiya və su sistemləri sferasında görüləcək mühüm işlər su təchizatı, meliorasiya və irriqasiya sahəsinin inkişafına böyük töhfədir. Su infrastrukturunun effektiv təşkili məqsədilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyində texnika parkı 25 adda yeni teknika və avadanlıqlarla təchiz olunaraq yenilənib.
Agentliyin tabe idarələrinin istifadəsinə verilən texnikalar vasitəsilə muxtar respublika ərazisində torpaqlarda əkinçilik üçün əlverişli şəraitin yaradılması, deqradasiya olunmuş torpaqların münbitliyinin artırılması, içməli və suvarma su təminatının yaxşılaşdırılması, su təchizatı və kanalizasiya sistemlərinin istismarının təşkili və idarə olunması üçün görüləcək işlərdə səmərəli istifadə olunacaq.