Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Naxçıvan şəhərində yerləşən “Xan diki” kəhrizində təmir-bərpa işlərinə başlanılıb. Görülən işlər kəhriz sisteminin fəaliyyətinin yaxşılaşdırılması və su axınının bərpası baxımından olduqca əhəmiyyətlidir. Aparılan işlər çərçivəsində kəhrizin kürəsinin 10 metr hissəsi ağac köklərindən, lil və müxtəlif çöküntülərdən təmizlənib. Hal-hazırda kəhrizdə cari təmir-bərpa və lildən təmizləmə işləri davam etdirilir. Aparılan işlər yekunlaşdıqdan sonra kəhrizdə suyun maneəsiz axını bərpa edilməklə su sərfinin artırılması təmin olunacaqdır.