Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşı Çingiz Ağayev Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı əsasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Ağıllı şəhər və ağıllı kənd” startap festivalının panel müzakirəsində iştirak edib.
“Smart kənd, su resursları və yaşıl enerji həlləri” mövzusunda çıxış edən əməkdaşımız içməli və suvarma suyunun itkisinin azaldılması istiqamətində tətbiq olunan müasir texnologiyalar, su ehtiyatlarının səmərəli idarə olunması, eləcə də iqlim dəyişikliklərinin bölgənin su resurslarına təsiri barədə ətraflı məlumat verib.
Müzakirələr çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.