image

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları tərəfindən İdarənin inzibati binasında və onun ətraf ərazisində iməcilik keçirilib

Tədbir çərçivəsində inzibati binanın daxilində və həyətyanı sahəsində səliqə-sahman işləri görülüb, otaqlar təmizlənib, ətraf ərazidəki alaq otları təmizlənib. Yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib.
İməcilik, idarə əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması, ətraf mühitin qorunması və abadlıq işlərinin təşviqi məqsədilə təşkil olunub.