Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Konstitusiya və Suverenlik İli” çərçivəsində məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilib. Yarmarkada 300-dən çox müəllifin 10 mindən artıq əl işi nümayiş etdirilib.
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin kollektivi də sərgidə iştirak edərək nümayiş olunan əl işləri ilə tanış olub, müəlliflərlə söhbətlər aparıb. Qadınların və məhdud fiziki imkanlı şəxslərin yaradıcılıq bacarıqlarının üzə çıxarılması, onların sosial fəallığının artırılması üçün keçirilən tədbir böyük maraqla qarşılanıb.