Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev Ordubad rayonunun Vənənd kəndində vətəndaşların qəbulunu keçirib
Qəbul zamanı sakinlərin meliorasiya və su təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, araşdırma tələb edən məsələlərin həlli isə nəzarətə götürülüb.