Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev Şahbuz rayonunda olub.
İdarənin rəisinin rəhbərlik etdiyi heyət Şahbuz rayon icra hakiminin müavini və əməkdaşları ilə birgə Şahbuz rayonunun içməli su təminatının daha da yaxşılaşdırılması üçün tikilən yeni subartezian quyusunun iş prosesi ilə tanış olublar. Bundan başqa, Naxçıvan-Batabat magistral yol xəttinin altından keçən çürümüş su xətlərinin təmir-bərpası və yenilənməsi işləri üçün əraziyə baxış keçiriblər. Rayonun içməli və suvarma su təminatının daha da yaxşılaşdırılması yolları müzakirə edilib, qarşılıqlı təklif və fikirlər dinlənilib.