image

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin voleybol komandası qalib gəlib

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin 5-ci ildönümünə həsr olunmuş “Zəfər Kuboku” uğrunda voleybol turnirinə start verilib. Turnir çərçivəsində A qrupunda mübarizə aparan Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin voleybol komandası Naxçıvan Şəhər İcra Hakimiyyətinin voleybol komandasına 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
Komandamızı əldə etdiyi qələbə münasibətilə təbrik edir, onlara növbəti oyunlarda da uğurlar arzulayırıq.