image

Naxçıvanın böyük su hövzələrindən sayılan Heydər Əliyev Su Anbarında hazırda 32 milyon kub metr su mövcuddur

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəis müavini Emil Səfərov: Naxçıvanın böyük su hövzələrindən sayılan Heydər Əliyev Su Anbarında hazırda 32 milyon kub metr su mövcuddur. Bundan aşağı vəziyyət isə 2016-cı ildə qeydə alınıb ki, həmin vaxt ehtiyat su həcmi 7-8 milyon kubmetrə düşmüşdü. Bu il anbara su daxil olmaları demək olar ki, sıfır səviyyəsindədir. Gözləntimiz budur ki, hava şəraitinə uyğun yaxın 3 ay ərzində də su anbarında kifayət qədər suyun toplanması mümkün olmayacaq. Bunun üçün də həm suvarmada, eləcə də içməli su sektorunda sudan maksimum dərəcədə səmərəli istifadə etmək lazımdır. Heydər Əliyev Su Anbarının layihə tutumu 100 milyon kub metrdir. Onun təqribən 7-8 milyonu anbarın ölü həcmidir. 92 milyonu isə normal istifadə oluna biləcək miqdarıdır. İndiki vəziyyətdə su ehtiyatı minimum həddə düşə bilər. Anbardakı suyu suvarma və içməli olmaqla bərabər bölüşdürsək, dekabr ayının sonuna təqribən 5-6 milyon təmiz su qalma ehtimalı var.