image

Naxçıvanın su hövzələrinə mediatur təşkil olunub

Su ehtiyatlarının getdikcə azalması və iqlim dəyişikliyinin yaratdığı çağırışlar fonunda qlobal miqyasda suya qənaət və səmərəli istifadənin önəmi daha da artır. Bu məqsədlə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən qlobal su böhranına, sudan səmərəli və qənaətli istifadənin vacibliyinə ictimai diqqəti artırmaq üçün muxtar respublikanın su hövzələrinə mediatur təşkil olunub. Mediatur çərçivəsində jurnalistlər ilk olaraq Şahbuz rayonunun ərazisində, dəniz səviyyəsindən 2424 metr yüksəklikdə yerləşən "Qanlıgöl" sututarına baş çəkiblər.  Daha sonra Şahbuz Şəhər Təmizləyici Qurğular Kompleksinə və Şahbuz Çirkab Su Təmizləyici Qurğular Kompleksinə baxış keçiriblər. Səfər zamanı media nümayəndələri həmçinin Batabat yaylağında yerləşən unikal Batabat gölləri və hazırda su səviyyəsi minimum həddə yaxınlaşan Heydər Əliyev su anbarında vəziyyətlə tanış olublar.