image

“Naxçıvanqala - 1” kəhrizindəki 5 saylı quyu tamamilə çökdüyündən bərpa işlərinə başlanılıb

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala - 1” kəhrizindəki 5 saylı quyu tamamilə çökdüyündən bərpa işlərinə başlanılıb. Dərinliyi 22 metr olan quyunun dolmuş 3 metrlik hissəsi töküntülərdən təmizlənib. Quyunun bərpası çərçivəsində 800 millimetr diametrində, 6 metr uzunluğunda dəmir boru quraşdırılıb, həmçinin yan genişlənmiş hissəsinə 30 kubmetr çınqıl tökülərək bərkidilib. Hazırda yekun işlər davam etdirilir.