image

"Nehrəm" nasos stansiyasının təzyiqli boru xətlərindən əkin sahələrinə su aparan ana arxda təmizləmə işləri aparılıb

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Babək rayon şöbəsi tərəfindən Nehrəm qəsəbəsində yerləşən "Nehrəm" nasos stansiyasının təzyiqli boru xətlərindən əkin sahələrinə su aparan ana arxda təmizləmə işləri aparılıb. Görülən işlər nəticəsində arx boyunca yığılan lil qatı təmizlənib, suyun axınının bərpası təmin olunub və əkin sahələrinin su təminatı yaxşılaşdırılıb. Arxdan çıxarılan lil kənara yayılaraq, yol hamarlanıb.