image

“Nehrəm” nasos stansiyasının təzyiqli boru xətlərindən ərazilərə su aparan ana arxlar lil və çöküntülərdən təmizlənir

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Babək şöbəsi tərəfindən rayonun Nehrəm qəsəbəsi ərazisində suvarma arxlarının lil və çöküntülərdən təmizlənməsi işləri aparılır. Nehrəm qəsəbəsinin əkin sahələrinə xidmət edən “Nehrəm” nasos stansiyasının təzyiqli boru xətlərindən ərazilərə su aparan ana arxlar lil və çöküntülərdən təmizlənir, çıxarılan çöküntülər isə əraziyə yayılır. Bununla yanaşı, qrunt sularının kənara axıdılması üçün istifadə edilən kollektorlarda da lil və çöküntülərdən təmizlənmə işləri görülür. Görülən işlər nəticəsində həmin ərazilərin münbitliyinin artırılması, su itkisi minimuma endirilməsi təmin olunur.