Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Babək rayon şöbəsi tərəfindən Nehrəm qəsəbəsi ərazilərində suvarma infrastrukturunun yaxşılaşdırılması və əkin sahələrinin su təminatının daha səmərəli təşkili məqsədilə ara arxlar, həmçinin əkin sahələrinə su aparan arxlarda genişmiqyaslı lildən təmizləmə işləri həyata keçirilir. Görülən tədbirlər çərçivəsində ümumilikdə, 12.1 km uzunluğunda arxlarda yığılan lil və çöküntülər təmizlənmişdir. Görülən işlər nəticəsində suyun axını yaxşılaşdırılmış və torpaq sahələrinin vaxtında suvarılması üçün əlverişli şərait yaradılmışdır.