Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Babək rayon şöbəsi tərəfindən Nehrəm qəsəbəsi ərazisində kollektor-drenaj xəttində lildən təmizləmə işləri aparılır. Əkin sahələrinin su təminatı yaxşılaşdırmaq məqsədilə görülən işlər çərçivəsində xəttin 4,76 kilometrlik hissəsi lil və çöküntülərdən təmizlənib.
Hazırda təmizləmə işləri davam etdirilir.